Bu gecə ən güclü bəlli olacaq

13 İyul 2025 12:05

Bu gün FIFA klublararası dünya çempionatına yekun vurulacaq.

Milli.Az xəbər verir ki, final görüşündə İngiltərənin "Çelsi" klubu ilə UEFA Çempionlar Liqasının son qalibi, Fransa təmsilçisi PSJ üz-üzə gələcəklər.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, "Çelsi" yarımfinal mərhələsində Braziliyanın "Fluminense" klubunu 2:0 hesabı ilə məğlub edərək finala vəsiqəni təmin edib. PSJ isə "Real Madrid"lə görüşdən 4:0 hesablı üstünlüklə ayrılıb. /Oxu.Az

Milli.Az