Ərdoğan TRT-nin rəhbərini dəyişdi

13 İyul 2025 09:21

Türkiyənin TRT telekanalının rəhbəri dəyişib.

Milli.Az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı sərəncamı imzalayıb.

Mehmet Zahid Sobacı kanala baş direktor təyin olunub. Firudin Yılmaz isə sədr vəzifəsini icra edəcək.

Milli.Az