İranın paytaxtında güclü partlayış baş verib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə sosial şəbəkə istifadəçiləri kadrlar yayıblar.
Partlayışın Tehranın cənub-qərbində, Mehrabad hava limanı yaxınlığında olduğu ehtimal edilir. Bəzi media qurumları da partlayışın dəqiq yerini aeroport kimi göstərsə də, dövlət mediası bu iddianı dərhal təkzib edib.
Hazırda partlayışın səbəbi və miqyası barədə rəsmi açıqlama verilməyib.
Milli.Az