"Milan" istəyirdi, "Fənərbağça"ya transfer oldu - FOTO

13 İyul 2025 09:11

"Milan"ın transfer etmək istədiyi Arçi Braun "Gent"i "Fənərbağça"ya dəyişir.

Milli.Az xəbər verir ki, bu barədə italiyalı insayder Di Marzio məlumat yayıb.

Məlumatda bildirilib ki, 23 yaşlı sol cinah müdafiəçisi "Milan"ı yox, "Fənərbağça"nı seçib.

"Fənərbağça" ingilis futbolçu üçün "Gent"ə 8 milyon avro ödəyəcək.

A.Braunun bu gün İstanbulda olacağı gözlənilir. O, tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. /Oxu.Az

Milli.Az