9-cu sinif şagirdi bıçaqlandı

12 İyul 2025 16:54

Gəncə şəhərində məktəbli oğlan bıçaqlanıb.

Milli.Az-ın məlumatına görə, Gəncə şəhər sakini, 2011-ci il təvəllüdlü M.Yusufzadə küçədə bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub.

İlkin araşdırmalarla M.Yusufzadənin həmyaşıdı tərəfindən bıçaqlandığı bildirilir.

M.Yusufzadə orta məktəbin 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az