Azərbaycanda ailə FACİƏSİ: ölən var

12 İyul 2025 16:05

Yevlaxda iki qardaş arasındakı mübahisə qətllə bitib.

Milli.Az xəbər verir ki, hadisə ötən gecə Yevlax şəhərində yaşayış evində baş verib.

Rayon sakini 34 yaşlı Süleyman Əzizov mübahisə zəminində ögey qardaşı 41 yaşlı Orxan Səmədovu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinir.

S.Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az