Timo Verneri itirdiniz? Almaniya millisinin keçmiş hücumçusu 2022-ci ildə "RB Leipsiq"ə qayıdıb və 2024-cü ilin yanvarında gözlənilmədən kuboku - Avropa Liqasını qazandığı "Tottenhem"ə icarəyə verilib!
Milli.Az-ın xarici mediaya istinadla xəbərinə görə, 29 yaşlı hücumçu ailə qurub. Paula Lense ilə tanış olun - Timo Vernerin həyat yoldaşı!
Timo və Paula iyunun 15-də Mayorka adasındakı qalada evləniblər. La Fortalesa d'Albercuix, xərcləməyə pulu olanlar üçün məşhur bir toy məkanıdır. Məsələn, Marko Asensio və ispaniyalı basketbolçu Rudi Fernandes burada nikah düyünü bağlayıblar.
Yazırlar ki, Verner toya təxminən 200 min avro xərcləyib! /Lent.az
Milli.Az