"Real" dünya ulduzunu buna görə satacaq - Şok səbəb

12 İyul 2025 16:20

"Real Madrid" Vinisius Juniorla vidalaşa bilər.

Milli.Az xəbər verir ki, "kral klubu" onun Klublararası Dünya Çempionatındakı performansından məmnun qalmayıb. Rəhbərlik braziliyalı futbolçuya 150 milyon avroluq təklif gəlsə, onu satmağı düşünür.

Bu barədə "Fichajes" portalı məlumat yayıb.

Vinisius başa çatan mövsüm 58 oyunda 22 qol vurub və 19 məhsuldar ötürmə edib.

Onun Madrid klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. /Offsideplus.az

Milli.Az