Dünyanın ən güclü klublarının reytinq cədvəli

12 İyul 2025 21:12

Məşhur "Opta" analitik portalı dünyanın ən güclü klublarının reytinqini tərtib edib.

Milli.Az xəbər verir ki, siyahının ilk pilləsində Çempionlar Liqasının son qalibi qərarlaşıb.

PSJ maksimum, daha dəqiq desək, 100 xal toplayıb.

İlk 10-luqda əsasən ingilis və ispan klubları yer alıblar.

1. PSJ (100);

2. "Liverpul" (99.27);

3. "Arsenal" (98.79);

4. "Mançester Siti" (97.98);

5. "Barselona" (96.89);

6. "Real Madrid" (95.41);

7. "Bavariya" (95.16);

8. "Çelsi" (94.89);

9. "Aston Villa" (94.79);

10. "Nyukasl Yunayted" (94.73).  /Oxu.Az

Milli.Az