Hava limanlarını robot çaqallar qoruyacaq - FOTO

12 İyul 2025 18:36

ABŞ Ordusu hərbi hava limanlarında quşlar və digər vəhşi heyvanların yaratdığı təhlükənin qarşısını almaq üçün "robot koyot"lar üzərində işləyir.

Milli.Az xəbər verir ki, bu robotlar heyvanları qorxudaraq uçuş təhlükəsizliyini təmin etməyə yönəlib.

Hazırda ABŞ Ordusunun Mühəndis Tədqiqat və İnkişaf Mərkəzi (ERDC), ABŞ Kənd Təsərrüfatı Departamentinin Milli Vəhşi Təbiət Tədqiqat Mərkəzi ilə birlikdə vəhşi heyvanları qorxutmaq üçün "robot koyot"lar üzərində işləyir. Koyotlar təbiətdə yırtıcı heyvan kimi tanındığından, digər canlılar onlardan instinktiv olaraq uzaq durur.

Əvvəlcə dördayaqlı robotlar sınaqdan keçirilsə də, sonradan daha sürətli və çevik olan dörd təkərli "Coyote Rover"lərə üstünlük verilib. Hər biri təxminən 3 min dollara başa gələn bu robotlar artıq bir neçə bazada test olunur.

Gələcəkdə onların tanıma, avtonom hərəkət və adaptasiya imkanları ilə təchiz edilməsi planlaşdırılır.

Fidan
Milli.Az