ABŞ-li səfir: "Ölkəmin PKK/YPG-yə borcu yoxdur”

12 İyul 2025 11:35

PKK terror təşkilatının silahı yerə qoyması Türkiyə üçün əhəmiyyətli bir hadisədir.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Nyu Yorkda brifinq zamanı deyib.

"ABŞ-ın PKK/YPG-yə bir dövlət daxilində öz müstəqil idarə edə biləcəkləri dövləti yaratmaqda köməklik göstərməyə borcu yoxdur", - səfir əlavə edib.

PKK-nın Suriyadakı quruluşundan danışan T.Barak bildirib ki, Azad Kürdistan olmayacaq:

"Ayrı bir SDG dövləti olmayacaq. Yalnız Suriya var. SDG YPG-dir. YPG də PKK-nın törəməsidir".

Milli.Az