Türkiyəli sosial media fenomeni Kadir Ezildi paylaşdığı görüntülərlə gündəmə gəlib.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, Kadir Ezildi Qamze Türkmenlə ailə həyatı qurmazdan əvvəl xına mərasimi keçirib.
Anası onun əllərinə xına yaxarkən duyğusal anlar yaşayan Kadir göz yaşlarını saxlaya bilməyib. Həmin anları sosial media hesabında izləyiciləri ilə bölüşən fenomenin bu halı mərasimə toplaşan qonaqları da kövrəldib.
Həmin görüntülər sosial şəbəkələrdə geniş maraqla qarşılanıb.
Milli.Az