"Beşiktaş" Orkun Kökçü transferi ilə bağlı "Benfika" ilə rəsmi danışıqlara başladığını bildirib.
Milli.Az xəbər verir ki, "Qara qartal"ın mətbuat xidmətinin məlumatına görə, transfer haqda İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verilib.
Ulduz futbolçunun sabah İstanbula gəlib müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, 24 yaşlı orta xətt oyunçusu ötən mövsüm "Benfika"nın heyətində 55 rəsmi matçda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.
Milli.Az