Azərbaycandan tarixi uğur

12 İyul 2025 00:40

Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan Respublikası və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasına artan etimadın bariz göstəricisidir.

Bu haqda Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda sözügedən 6 seçki siyahısı aşağıdakı kimidir:

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə).

BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə).

UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə).

BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə).

BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi.
 

Milli.Az