"Məndən zəhləsi gedir"

13 İyul 2025 06:06

Müğənni Xatun Əliyeva maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, efirlərin birində qonaq olan sənətçi xasiyyətinin tamamilə dəyişməsindən söz açıb:

"Əvvəl gedib özümü sübut etməyə çalışırdım. İndi isə yox, deyirəm, axı bu adam sənə deyəndə demir ki, get çatdır. Bu insan səni istəmir. Ağıllı ol və yola ver. Düşünürəm ki, yola verim. Bəzi adam var məndən zəhləsi gedir. Amma çalışıram ona olan münasibətimi dəyişim.Hegemon biriyəm. Məndə vahimə var. Buna görə də üzümə gülüb, arxamca danışırlar. Amma hamısını da mənə çatdırırlar".  

Milli.Az