İyulun 15-də Mingəçevir şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz şəbəkəsində itkilərin qarşısını almaq məqsədilə Mingəçevir qazpaylayıcı stansiyasından qidalanan "Mingəçevir-1-ci xətt" üzrə yerüstü orta təzyiqli daşıyıcı qaz xəttində kompressor vasitəsilə sızma sınaqları aparılacaq.
Təmir və texniki yoxlama işləri çərçivəsində iyulun 15-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək şəhərin Kür çayının sol sahilində yerləşən 12 küçəsində 3 200 abonentin qaz təchizatı dayandırılacaq.
Qazın verilişi sınaqlar uğurla başa çatdıqdan dərhal sonra bərpa ediləcək.
Milli.Az