Türkiyəli general-mayor Azərbaycanda səfərdədir

11 İyul 2025 16:02

Türkiyənin Milli Təhlükəsizlik Şurası baş katibinin müavini general-mayor Mustafa Samancı Azərbaycana səfər edib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin "X" hesabında xəbər verilib.

Qeyd olunub ki, Mustafa Samancı səfər çərçivəsində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Milli.Az