Arvadı Makronu yenə biabır etdi – VİDEO

11 İyul 2025 10:49

Fransa Prezidenti Emmanuel Makron bir daha həyat yoldaşı Bricitlə bağlı qalmaqalla gündəmə gəlib.

Milli.Az xəbər verir ki, bu dəfə Bricit Böyük Britaniyada kral ailəsi ilə görüş zamanı Makronun əlini tutmaqdan imtina edib. Kadrlarda Makronun əlini uzatdığı, lakin Bricitin onu kənara çəkdiyi görünür.

Qeyd edək ki, bu ilk belə hadisə deyil. Mayda Vyetnam səfərində Bricit Makrona şillə vurmuş, başqa bir dəfə isə hava limanında onun əlini tutmamışdı.

Fidan
Milli.Az