Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında yaxın zamanda görüş gözlənilmir.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio iyulun 10-da Kuala Lumpurda keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə hazırda iki lider arasında birbaşa görüş gündəmdə deyil.
Rubio bildirib ki, Vaşinqton Moskva ilə təmasları davam etdirməyə sadiqdir, lakin yüksək səviyyəli görüş yalnız Ukraynada sülh prosesində real irəliləyiş olduqda nəzərdən keçiriləcək. O qeyd edib ki, ABŞ tərəfi Rusiya ilə əlaqələri açıq saxlayır, lakin konkret nəticələr əldə olunmadan Tramp-Putin görüşü mümkün deyil.
Milli.Az