TIR körpüyə çırpıldı - FOTO

10 İyul 2025 13:16

Bu gün Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Bakı-Qazax yolunun Yeni Qızılca kəndindən keçən hissəsində ağırtonnajlı yük maşını sürücünün idarəetməsindən çıxıb. Nəticədə TIR yolun metal arakəsmələrinə və körpünün aşırımına çırpılıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri dəqiqləşdirilir.

Milli.Az