İstanbulun Şile rayonunda bələdiyyəyə qarşı əməliyyat keçirilib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi bu gün səhər saatlarında Şile Bələdiyyəsinə basqın edib.
Əməliyyat nəticəsində Şile Bələdiyyə Başçısı Özgür Kabadayı saxlanılıb. O, 31 mart 2024-cü il yerli seçkilərində 51,88 faiz səs toplayaraq Şiləni 20 ildən sonra Cümhuriyyət Xalq Partiyasına (CHP) qazandırmışdı.
Əməliyyatın detalları barədə hələlik rəsmi açıqlama verilməyib.
Fidan
Milli.Az