Bakının bu əraziləri qazsız qalacaq

10 İyul 2025 09:30

Bu gün Bakının Suraxanı rayonunun 2 qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb

Məlumata görə, "Bül-Bülə" və "Yeni Suraxanı" qaz kəmərlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılacaq.

Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az