Prezidentin Nikol Paşinyanla görüşü olub - VİDEO - FOTO

10 İyul 2025 14:08

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sonra görüş təkbətək formatda davam edib.

xxx

Milli.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş nümayəndə heyətlərinin iştirakı ilə fasilədən sonra davam edir.

xxx

11:40

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə fasilə elan edilib.

Milli.Az xəbər verir ki, fasilədən sonra danışıqlar davam etdiriləcək.

xxx

11:11

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub.

Milli.Az xəbər verir ki, sonra görüş təkbətək formatda davam edib.

xxx

09:07

Milli.Az xəbər verir ki, Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Xəbər yenilənəcək

Milli.Az