Bakıda "Prado" "BakuBus"a ÇIRPILDI - FOTO

10 İyul 2025 09:07

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub.

Milli.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu Şıxəli Qurbanov küçəsində qeydə alınıb.

Belə ki, "Toyota Prado" markalı avtomobil ilə "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu toqquşub.

Hadisə zamanı nəqliyyat vasitələrinə ziyan dəyib. Sərnişinlər avtobusdan düşürülüb.

Milli.Az