"UTair" aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan UT744 nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.
Heydər Əliyev Hava Limanından Milli.Az-a verilən məlumata görə sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.
Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.
Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün "UTair" aviaşirkəti ilə əlaqə saxlaya bilərlər.
-------
21:00
Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.
Bu barədə qafqazinfo-ya sərnişinlərdən biri məlumat verib.
Məlumata görə, bu gün saat 18:00-da olan uçuş sabah saat 12:00-dək təxirə düşüb.
Sərnişinlərin bir qismi Gəncə şəhərindəki hotellərə yerləşdirilib. İlkin ehtimal olaraq "Utair" aviaşirkətinə məxsus təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir. Təyyarədə 118 sərnişinin uçması gözlənilirdi.
Milli.Az