Diaspor rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur

9 İyul 2025 20:44

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.

Elşən İbrahimov APA-nın müxbiri ilə söhbətində hazırda Şeremetyevo aeroportunda olduğunu və Rusiyadan deportasiya olunduğunu təsdiqləyib.

O bildirib ki, "Aeroflot" hava yollarının axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır.

Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.

Milli.Az