Netanyahu və Tramp Ağ Evdə 90 dəqiqəlik görüş keçirdi

9 İyul 2025 18:12

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda 90 dəqiqə davam edən qapalı görüş keçirib.

Milli.Az yazır ki, danışıqlarda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də iştirak edib. Bu, Netanyahunun Ağ Evdə ikinci görüşüdür.

Eyni vaxtda Qətər nümayəndə heyəti də Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşərək İsrail və HƏMAS arasında mümkün atəşkəs razılaşmasını müzakirə edib.

Diplomatik mənbələrin bildirdiyinə görə, əsas anlaşılmazlıq İsrail ordusunun Qəzza zolağından çıxarılması məsələsidir. Fələstin tərəfi mart ayından əvvəlki mövqelərə dönüşü tələb edir, lakin İsrail bu şərtlə razı deyil.

Danışıqlar davam edir, lakin yekun razılaşma hələ əldə olunmayıb. 

Asya
Milli.Az