Tofiq Musayev yenə UFC-də döyüşəcək - tarix açıqlandı

9 İyul 2025 15:15

Bakıda keçirilən "UFC Fight Night" turnirində iştirak edən döyüşçümüz növbəti döyüşünə çıxacaq.

Milli.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Tofiq Musayev özü bildirib.

Belə ki, döyüşçümüz oktyabrın 5-də Las-Veqasda keçiriləcək UFC turnirində iştirak edəcək.

Qeyd edək ki, Tofiq Musayev UFC ilə 4 döyüşlük müqavilə imzalayıb.

Milli.Az