Tatlısəs bina tikdirir - Hər qızına 5 mənzil verəcək

9 İyul 2025 12:47

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.

Milli.Az xəbər verir ki, müğənniyə Şanlıurfadakı torpaq sahəsində onmərtəbəli tikili üçün icazə verilib. Tatlısəs orada rezidens layihəsinə başlayacaq. İfaçı 100 mənzildən ibarət bina tikdirəcək.

İbrahim Tatlısəs daha əvvəl verdiyi bir açıqlamada sözügedən binadan hər qızına 5 mənzil verəcəyini söyləmişdi.

Qeyd edək ki, müğənninin müxtəlif evlilik və münasibətlərdən Gülşen Sara Tatlı, Gülden Ferrah Tatlı, Melek Zübeyde Tatlı, Dilan Çıtak, Elif Ada Tatlı adlı 5 qızı, həmçinin Ahmet Salim Tatlı və İdo Tatlıses adlı 2 oğlu var.

Fidan
Milli.Az