"İsrail tam suveren Fələstin dövlətini qəbul etməyəcək"

10 İyul 2025 16:45

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirilən görüş zamanı Fələstin dövlətinin yaradılması ilə bağlı mövqeyini açıqlayıb.

Millli.Az xəbər verir ki, o, bildirib ki, İsrail tam suveren Fələstin dövlətinin, xüsusilə də təhlükəsizlik sahəsində müstəqil səlahiyyətlərə malik bir qurumun yaradılmasına razı deyil:

"Fələstinlilər özünüidarəetməyə sahib ola bilərlər, amma bizi təhdid edə biləcək səlahiyyətlərə yox. Təhlükəsizlik məsələləri həmişə bizim əlimizdə qalacaq", - deyə Netanyahu vurğulayıb.

Baş nazir əlavə edib ki, İsraildə heç kim başqa bir varianta razı olmaz:

"Biz intihar etmək niyyətində deyilik. Sülh bizim təhlükəsizliyimizə zəmanət verməlidir."

O, bölgədə İsrailin "bütün qonşularını" əhatə edən geniş sülh imkanının mövcud olduğunu da qeyd edib.

ABŞ Prezidenti Donald Tramp isə bu məsələ ilə bağlı konkret mövqe bildirməkdən yayınıb:
"Bilmirəm. Bu sualı Bibiyə verin", - deyə o cavab verib.

Asya
Milli.Az