PSJ-yə "Real"la oyun öncəsi pis XƏBƏR

9 İyul 2025 10:37

FİFA-nın İntizam Komitəsi PSJ-nin iki futbolçusunu cəza verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Uilyam Paçola ilə Lukas Ernandes diskvalifikasiya olunublar.

Buna səbəb onların Klublararası dünya çempionatının 1/4 finalında "Bavariya" ilə oyunda aldıqları qırmızı vərəqələr olub. Oyunçular iki oyunluq cəzalandırılıb.

Qeyd edəki ki, PSJ "Real"dan üstün olub, adını finala yazdırsa belə, onlar əsas oyunu buraxacaqlar.

Hüseyn
Milli.Az