Xəbər verdiyimiz kimi, ötən gün Ağstafanın Qırılı kəndində 24 yaşlı Şəfayət İsmayılova evin pəncərələrini silərkən yıxılıb və həyatını itirib.
Milli.Az hadisənin təfərrüatını tədim edir:
Mərhumun qohumu Tahir Tanrıquliyevin sözlərinə görə, bu, ailədə 5-ci ölümdür: "Bu evdən son bir ildə 5-ci ölüdür, hamısı da təsadüfən ayın 8-i baş verib. Deyilənə görə, nərdivanı qoyub pəncərələri silirmiş. Nərdivan düşüb üstünə, beyin nahiyəsinə dəyib. İlk hadisə ötən il avqustun 8-i olub. Uşağın 1-2 yaşı olardı. Sonra da qayınana-qayınata rəhmətə getdi, bundan sonra isə daha bir körpə həyatını itirdi, indi də belə..."
Mərhumun əmisi Asif Cəfərov isə bildirib ki, hadisəni öyrənən zaman dərhal ora gedib: "Getdim, dedilər ki, nərdivandan düşüb. Ancaq mən gördüm, nərdivandan yıxılan elə olmur, mənə şübhəli gəldi. Nərdivan böyük deyildi, yerdə qan görmədim. Deyə bilmərəm ki, öldürüblər, ancaq gözümlə gördüyüm budur. Ümumiyyətlə o evə gedib-gəlməyə qoymurdular, uşaq rəhmətə gedəndə qapıdan qovmuşdular. Orada qızların dediyinə görə, Şəfayət 4-5 gün bundan əvvəl gəlmək istəyirmiş. Elə başa düşürəm ki, aralarında mübahisə olub". /Baku TV
--------
09:41
08.07.2025-ci il tarixdə saat 14 radələrində Ağstafa rayonu, Qırılı kəndində faciəvi hadisə baş verib.
Milli.Az xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayılova Şəfayət Şamil qızı yaşadığı evdə pəncərəni silərkən nərdivandan yıxılaraq almış olduğu xəsarətlərdən ölmüşdür.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.
Asya
Milli.Az