Azərbaycanda DƏHŞƏT: 1 ölü, 3 yaralı var

9 İyul 2025 10:04

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, qəza Şəmkir-Şiştəpə yolu adlanan ərazidə qeydə alınıb. 

İlkin məlumata görə, 1992-ci il təvəllüdlü Anar Atakişizadə idarə etdiyi "KİA Cerato" markalı avtomobili aşırdıb və nəticədə 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev ölüb. 

Anar Atakişizadə və Şiştəpə kənd sakinləri - 32 yaşlı Orxan Atakişiyev və onuna eyni yaşda olan Cəmil İbadullayev xəsarətlər alıblar. 

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az