Klublararası dünya çempionatında ilk finalçı bəlli oldu

9 İyul 2025 08:52

ABŞ-də keçirilən klublararası dünya çempionatında ilk finalçı bəlli olub.

Milli.Az xəbər verir ki, yarımfinalın ilk matçında "Çelsi" Braziliyanın "Fluminense" komandası ilə qarşılaşıb.

"Zadəganlar" 2 cavabsız qolla qalib gələrərək adlarını finala yazdırıblar.

Qeyd edək ki, yarımfinalın digər matçı bu gecə "Real Madrid" və PSJ arasında keçiriləcək.

Hüseyn
Milli.Az