ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.
Milli.Az xəbər verir ki, bu barədə o, iyulun 8-də çıxışı zamanı danışıb. Rubio qeyd edib ki, Vaşinqton iki ölkə arasında davam edən danışıqları diqqətlə izləyir və prosesin uğurla nəticələnəcəyinə inanır.
Qeyd edək ki, son aylar Bakı və İrəvan arasında sülh gündəliyinə dair müzakirələr intensivləşib. ABŞ rəsmiləri bu prosesə dəstək verdiklərini bir neçə dəfə bəyan ediblər.
İslam
Milli.Az