Gimnastlarımızdan uğurlu nəticələr

8 İyul 2025 21:28

5-7 iyul tarixlərində Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, turnirdə milli komandamızın üzvləri iştirak edərək uğurlu nəticələr göstəriblər.

Batut gimnastikası üzrə fərdi proqramda:

Selcan Mahsudova - 54.720 xal, I yer
Məhəmməd Həsənli - 47.410 xal, I yer
Aylin Ağazadə - 45.270 xal, III yer

İkili-mini batut proqramı üzrə:

Fərhad Mustafayev - 22.000 xal, II yer

Tamblinq üzrə:

Sənan Rzazadə - 85.600 xal, I yer
Hüseyn Əsədullayev - 23.500 xal, II yer

Milli.Az