Türkiyədə CHP-nin İstanbul üzrə sədri Özgür Çelik haqqında həbs qərarı verilib.
Milli.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
CHP-nin İstanbul İl Qurultayında seçki saxtakarlığı və Siyasi Partiyalar Qanununun pozulması iddiaları ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
İstintaq çərçivəsində CHP İstanbul İl sədri Özgür Çelik başda olmaqla 10 nəfər şübhəli şəxs ifadə vermək üçün çağırılıb.
Milli.Az