Müğənni Sevda da plastik əməliyyat "qurbanı oldu"

8 İyul 2025 13:31

Müğənni Sevda Kazımova üzündə keçirdiyi estetik əməliyyatdan sonra problemlərlə üzləşdiyini bildirib.

Milli.Az xəbər verir ki, o, "Elgizlə izlə" verilişində qonaq olarkən əməliyyatın uğursuz alındığını deyib.

Kazımova bildirib ki, əməliyyatdan 9 ay keçməsinə baxmayaraq, hələ də tam sağalmayıb:

"Hər orqanizm eyni deyil. Üzüm hələ də şişdir, bu isə şişin bir qədər çəkilmiş halıdır. Sinir sistemimdə problem yaranıb, çünki əməliyyat zamanı sinirə toxunulub. Həkimlər zamanla düzələcəyini deyirlər".

Asya
Milli.Az