"ChatGPT"nin 10 ildən artıq davam edən izaholunmaz sağlamlıq probleminin əsas səbəbini müəyyən etdiyi ortaya çıxıb. Bir çox həkim, mütəxəssis və nevroloq tərəfindən dəqiq diaqnoz qoyula bilməyən simptomlar süni intellektin sayəsində izah olunub.
Milli.Az xəbər verir ki,sosial şəbəklərdə yayılan bir paylaşımda istifadəçi bildirib ki, illərlə MRT, KT, geniş qan analizləri, "Lyme" xəstəliyi testləri daxil olmaqla bir çox tibbi müayinələrdən keçib. ABŞ-ın aparıcı səhiyyə şəbəkələrində bir neçə həkim və mütəxəssislə məsləhətləşsə də, konkret bir nəticə əldə edilməyib.
"Hər dəfə ya 'normal' cavab alırdım, ya da simptomlarım psixoloji səbəblərlə əlaqələndirilirdi. Əslində isə heç kim əsas problemi tapmırdı," - deyə istifadəçi qeyd edir.
Nəhayət, istifadəçi öz bütün tibbi tarixçəsini və laboratoriya nəticələrini "ChatGPT"yə təqdim edir. Süni intellekt nəticələri təhlil edərək MTHFR genində A1298C homozigot mutasiyası ehtimalını irəli sürür - bu genetik mutasiya əhalinin 7-12%-ni təsir edə bilər və B12 vitamini istifadəsində pozuntuya səbəb olur.
"B12 səviyyəm normal idi, amma "ChatGPT" mutasiyanın səbəb olduğu funksional çatışmazlığa diqqət çəkdi. Bu detal illərlə heç bir həkimin ağlına gəlməmişdi" .
İstifadəçi daha sonra "ChatGPT"nin tövsiyələrini həkimi ilə bölüşür. Həkim təəccüblə bu ehtimalı qəbul edir və genetik testlər aparılır. Nəticədə, A1298C MTHFR mutasiyası təsdiqlənir.
"Həkim dedi ki, bu qədər müayinəyə baxmayaraq, bu mutasiyanı sınamağı necə ağlına gətirmədiyini başa düşə bilmir," - deyə istifadəçi yazıb.
Mütəxəssis təyinatından sonra istifadəçi uyğun əlavələrlə (B12 və s.) müalicəyə başlayıb və bir neçə ay ərzində sağlamlıq vəziyyətində nəzərəçarpacaq yaxşılaşma müşahidə edilib.
Fidan
Milli.Az