4-5 ay top üzünə həsrət qalacaq

8 İyul 2025 10:01

"Bavariya"nın ulduzu Camal Musiala əməliyyat keçirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə yarımmüdafiəçi 4-5 ay yaşıl meydanlardan uzaq qalacaq.

O, klublararası dünya çempionatında PSJ ilə görüşdə ciddi zədələnmişdi.

Rəqib komandanın qapıçısı Canluici Donarumma ilə toqquşan Camal meydanı xərəkdə tərk etməyə məcbur olmuşdu.

Hüseyn
Milli.Az