Lətif Zeynallı müdir təyin edildi

7 İyul 2025 17:39

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni təyinat olub.

Milli..Az xəbər verir ki, Lətif Zeynallı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, 2024-cü ilin oktyabr ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi olaraq çalışıb.

Qeyd edək ki, L.Zeynallı 2013-2024-cü illərdə "Xalq Sığorta" ASC-nin Satış, Əməliyyat və Təkrarsığorta və Biznesin inkişafı idarələrində müxtəlif vəzifələrdə çalışıb. /Oxu.az

Milli.Az