Baş Prokurorluqdan paraşütlə qayaya çırpılıb ölən Nuranə ilə bağlı AÇIQLAMA - Yenilənib - FOTO

8 İyul 2025 11:09

Şəxsin paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır.

Bu barədə Milli.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən "Beşbarmaq" piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

--------

09:33

Xəbər verdiyimiz kimi, 1989-cu il təvəllüdlü Nuranə Məcidova Siyəzəndə Beşbarmaq dağında paraşütlə uçarkən qayaya çırpılaraq faciəli şəkildə ölüb.

Milli.Az musavat.com-a istinadən Nuranənin fotolarını təqdim edir:

--------------

2025.07.07

Xəbər verdiyimiz kimi, Siyəzəndə Beşbarmaq dağında paraşütlə uçan qadın qayaya çırpılaraq həlak olub.

"Qafqazinfo" bədbəxt hadisənin bir sıra təfərrüatını öyrənib.

Əldə etdiyimiz məlumata görə, Nuranə Məcidova paraşütlə tək uçuş edib. Solo uçuş edən qadının paraşütü özünə məxsus olub.

Onun paraşütlə uçuş edərkən havada idarəetməni itirdiyi bildirilir. Uçuşun 500 metr hündürlükdən icra edildiyi qeyd olunur.

Qeyd edək ki, Nuranə Məcidova ailəli idi, bir övladı var.

---------
17:23

Siyəzəndə faciəli hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə "Beş Barmaq" dağında qeydə alınıb.

Dağdan paraşütlə atılan Nuranə adlı qız qəzaya uğrayıb. Onun paraşütü qayaya çırpılıb.

Nəticədə qız ölüb.

Faktla bağlı araşdırma aparılır.  /Lent.az

Milli.Az