"Fənərbağça" onun üçün 12 milyon avro ödəyəcək

8 İyul 2025 13:44

"Fənərbağça" ötən mövsümün ikinci yarısını icarə əsasında komandada keçirmiş Milan Şkrinyarı heyətinə qatmağa çox yaxındır.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi bu keçid üçün futbolçunun məxsus olduğu klub - PSJ-yə bonuslarla birlikdə 12 milyon avro ödəyəcək.

"Fənərbağça" ilə üçillik razılaşma əldə edən 30 yaşlı müdafiəçi illik 9 milyon avro məvacib qazanacaq.

Qeyd edək ki, Slovakiya millisinin üzvü olan Şkrinyarla ötən mövsüm A Seriyasının çempionu "Napoli" də yaxından maraqlanırdı. /Oxu.Az 

Milli.Az