Bu ərazilərdə qaz olmayacaq - yenilənib

7 İyul 2025 21:12

21:12

Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Buna səbəb 159 mm boru korroziyaya uğradığından yeraltı xəttin yerüstü xətlə dəyişdiriməsidir.

Nəticədə Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Gərməçataq, Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərində qaz olmayacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

-----------
14:23

Sabahdan başlayaraq Gəncə şəhərinin bəzi ərazilərinin təbii qazla təchizatında iki gün fasilə yaranacaq.

Bu barədə Milli.Az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz tənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı iyulun 8-dən saat 09:00-dan etibarən (iki gün müddətində) iyulun 9-da işlər başa çatanadək "Gəncə 1 və 2" ölçü qovşağından və "Bağmanlar" əhali orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Gəncə şəhərinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdıqdan sonra isə bərpası planlaşdırılır.

Milli.Az