""Hizbullah" təslim olmayacaq"

6 İyul 2025 16:02

Təhdidlər Hizbullahı təslim olmağa məcbur etməyəcək. Hərəkat həm sülh, həm də müdafiəyə hazırdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Hizbullah lideri Naim Qasım deyib.

"Davamlı təcavüz fonunda bizdən mövqeyimizi yumşaltmağı və ya silahlarımızı yerə qoymağı tələb etmək olmaz. İsrail atəşkəs razılaşmasının birinci mərhələsini - qoşunların çıxarılması, Livana hücumların dayandırılması və məhbusların azad edilməsini yerinə yetirməlidir, bundan sonra hərəkat gələcək müzakirələrə hazırdır", - Qasım bildirib.

Milli.Az