Avtobil AŞDI - Şəhid atası öldü

6 İyul 2025 14:04

İyulun 6-da Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Vətən müharibəsi şəhidi Fərid Nəbiyevin atası Kamran Nəbiyev ona məxsus "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü K.Nəbiyəv aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fərid Nəbiyev Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı və  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Milli.Az