Fernandu Santuş da dəfndədir - FOTO

5 İyul 2025 16:40

İngiltərənin "Liverpul" klubunun mərhum futbolçusu Dioqo Jotanın dəfn mərasiminə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş da qatılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Marca" bildirir.

Qeyd edək ki, Santuş Portuqaliya millisi ilə Avropa çempionu olub.

Xatırladaq ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Diogo Jota və 26 yaşlı qardaşı Andre həlak olub.

Milli.Az