Bakıda yoldakı vəziyyət sürücünü maddi ziyana saldı - yenilənib - VİDEO - FOTO

5 İyul 2025 21:50

21:50

Qeyd edək ki, yol hərəkətinin 6-cı maddəsinin 5 və 6-cı bəndinə əsasən yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək hüququ var.

--------
20:13

Bakıda yolda yaranan vəziyyətə görə sürücünün maşını xarab olub.

Milli.Az bildirir ki, sürücü Binəqədi qəsəbəsi üçüncü mədən küçəsi ilə hərəkətdə olarkən ( Binəqədi kəndi yazılan lövhənin qarşısı ) yoldakı çuxura düşməsinə görə yolda qalıb.

Sürücü dərhal 102-yə yığaraq şikayətini bildirib, o, yolda yaranan vəziyyətə görə ona dəymiş ziyanın tam ödənilməsini tələb edir.

Sürücü bildirib ki, hadisə zamanı avtomobilin asqı sisteminə, amartizatorlarına, disk və təkərinə, mühərrikin alt qoruyucusuna, sükan idarəetmə mexanizminə və sürətlər qutusuna zərər dəyib. O avtomobilini evakuator vasitəsi ilə yaxınlıqdakı təmir məntəqəsinə aparıb. Onun dediyinə görə maşına təxminən 2000 manatlıq zərər dəyib.

Milli.Az hadisə yerindən fotoları təqdim edir:

Milli.Az