Rusiyalı məşhur futbolçu restoranda müştəriləri döydü - VİDEO - FOTO

5 İyul 2025 16:20

Rusiya millisinin və "Krasnodar" klubunun sabiq hücumçusu Fyodor Smolov Moskvada yerləşən kafedə iki ziyarətçiyə hücum edib.

Milli.Az rusiya mediasına istinadla xəbər verir ki, hadisə may ayında baş versə də, görüntülər bu gün sosial şəbəkələrdə yayılıb.

Müşahidə kameralarına düşən videoda Smolovun şəxslərlə mübahisə etdiyi və üzlərinə zərbə endirdiyi görünür.

Zərərçəkənlərdən birinə çənə və orbital sümük sınığı diaqnozu qoyulub.

Həmin anları təqdim edirik:

Fidan
Milli.Az