Bakıda ayıq sürücü sükan arxasında YATDI - FOTO

5 İyul 2025 13:23

Bu gün səhər saatlarında Bakının "Neftçilər" metrostansiyasının yaxınlığında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, *5959 xidmətindən sifariş olunan ayıq sürücü sükan arxasında yuxulayıb. Nəticədə 90 CF 666 dövlət nömrə nişanlı "Kia Optima" markalı avtomobil iki digər nəqliyyat vasitəsinə çırpılıb.

Zərərçəkən sürücülərdən biri bildirib ki, hadisədən dərhal sonra *5959 xidmətinə dəfələrlə zəng vurulsa da, cavab verən olmayıb. Onun sözlərinə görə, şirkətin bu cür məsuliyyətsizliyi narazılıq doğurub.

Zərərçəkən məsələ ilə bağlı hüquqi addımlar atacağını da qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az